"Körpə sutka ərzində ən azı 8-12 dəfə əmizdirilməlidir" - Həkimdən AÇIQLAMA

 15:17 05.08.2026     362

"Körpə doğulduqdan sonra ilk bir saat ərzində, əgər ananın və körpənin vəziyyəti buna imkan verirsə, döşə qoyulmalıdır. İlk bir saat ərzində döşə qoyulması həm ananın, həm də körpənin sağlamlığı üçün çox vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova bildirdi.

Həkim qeyd etdi ki, körpə döşə qoyulduqda ananın orqanizmində oksitosin hormonu ifraz olunur:

"Bu hormon uşaqlığın yığılmasına kömək edir, doğuşdan sonrakı qanaxma riskini azaldır. Eyni zamanda gələcəkdə qadınlarda yumurtalıq və süd vəzi xərçəngi kimi xəstəliklərin yaranma riskinin azalmasına da müsbət təsir göstərir. Bundan əlavə, ana körpəsini döşlə əmizdirdikdə, sonrakı yaş dövrlərində II tip şəkərli diabetin inkişaf riskinin azalmasına da kömək edir. Qeyd etdiyimiz kimi, əgər ananın və körpənin vəziyyəti imkan verirsə, körpə doğulduqdan sonra ilk bir saat ərzində mütləq döşə qoyulmalıdır. İlk sutkalarda analara körpəni xüsusi rejimlə, yəni saat hesabı əmizdirməyi tövsiyə etmirik. Əksinə, körpə ehtiyac duyduğu hər dəfə döşə qoyulmalıdır. Ümumilikdə isə sutka ərzində körpənin ən azı 8–12 dəfə, ehtiyac olduqda isə daha tez-tez əmizdirilməsi tövsiyə olunur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən