Nevroloq yaddaşı qoruyan içkinin adını AÇIQLADI
Qəhvə beyin fəaliyyətini və yaddaş sağlamlığını dəstəkləyən faydalı içkilərdən biri hesab olunur.
Redaktor.az xəbər verir ki, nevroloq Kiran Bat bu barədə "Eating Well" nəşrinə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, qəhvənin tərkibində olan kofein diqqəti və konsentrasiyanı artırmağa kömək edir. O bildirib ki, bu içki həmçinin antioksidantlarla zəngindir və orqanizmdə oksidləşdirici stressin azalmasına təsir göstərə bilər.
Nevroloq qeyd edib ki, araşdırmalar gündə 2-3 fincan qəhvə qəbulunun yaddaş sağlamlığına müsbət təsir göstərə və demensiya riskinin azalmasına kömək edə biləcəyini göstərir.
Aytəkin TOFİQQIZI













