Sümükləri qorumağın sadə yolu

 13:46 06.08.2026     303

Keyfiyyətli yuxu təkcə beyin və psixoloji sağlamlıq üçün deyil, sümük və oynaq sağlamlığı üçün də vacibdir.

Redaktor.az xəbər verir ki, biokimyaçı Enni Kertis və molekulyar bioloq Kansu Qoqun bu barədə "Independent" qəzetinə açıqlama veriblər.

Mütəxəssislərin sözlərinə görə, sümük toxuması insan həyatı boyu daim yenilənir. Bu prosesdə köhnə sümük hüceyrələrini məhv edən və yeni hüceyrələr yaradan xüsusi hüceyrələr iştirak edir.

Alimlər bildiriblər ki, bu proses yuxu ritmi və melatonin hormonu ilə əlaqəlidir. Gecə ifraz olunan melatonin sümük parçalanmasını azalda və sümük sağlamlığını qorumağa kömək edə bilər.

Mütəxəssislər yaxşı yuxu üçün müəyyən rejimə əməl etməyi, yatmazdan əvvəl telefon və digər cihazlardan uzaq durmağı, kifayət qədər yatmağı tövsiyə ediblər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən