50 yaşdan sonra bu iki amil erkən ölüm riskini yüksəldə BİLƏR
Qarın piylənməsi və D vitamini çatışmazlığı vaxtından əvvəl ölüm riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, alimlər qarın nahiyəsində piylənmə ilə D vitamini çatışmazlığının birlikdə 50 yaşdan yuxarı insanlarda vaxtından əvvəl ölüm riskini iki dəfədən çox artıra biləcəyini müəyyən ediblər.
Bu nəticəyə "Diabetes, Obesity and Metabolism"(DOM) jurnalında dərc olunan araşdırmada gəlinib.
Tədqiqatçılar İngiltərədə aparılan uzunmüddətli yaşlanma araşdırmasının (ELSA) 5520 iştirakçısının məlumatlarını təhlil ediblər. İştirakçılar altı il ərzində müşahidə olunublar.
Alimlər qarın piylənməsini kişilərdə bel çevrəsinin 102 santimetrdən, qadınlarda isə 88 santimetrdən çox olması ilə müəyyən ediblər. D vitamini səviyyəsi isə qan analizləri əsasında qiymətləndirilib.
Xədicə BAXIŞLI













