Qoz-fındıq beyin fəaliyyətini yaxşılaşdıra bilər - ARAŞDIRMA

 08:40 07.08.2026     414

Müntəzəm qoz-fındıq istehlakı, xüsusən də az hərəkət edən və sağlam qidalanmayan insanlarda idrak fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Food-Function" jurnalında dərc olunan araşdırmada bildirilib.

Alimlər "Framingham" Ürək Tədqiqatında iştirak edən orta yaşı 61 olan 1771 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat zamanı iştirakçıların qoz-fındıq istehlakı, yaddaş və düşünmə testlərinin nəticələri, beyin həcmi, həmçinin insult və demensiya riski qiymətləndirilib.

Nəticələr göstərib ki, insult keçirməmiş şəxslərdə daha çox qoz-fındıq yeyənlərin idrak testlərində nəticələri daha yüksək olub. Bu müsbət əlaqə xüsusilə oturaq həyat tərzi keçirən və qeyri-sağlam qidalanan insanlarda daha qabarıq müşahidə edilib.

Bundan əlavə, fiziki cəhətdən aktiv iştirakçılarda qoz-fındıq istehlakı daha böyük beyin həcmi ilə əlaqələndirilib.

Bununla belə, alimlər 10 illik müşahidə dövründə qoz-fındıq istehlakının insult və ya demensiya riskini azaltdığını müəyyən etməyiblər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən