Yayda niyə xəstələnirik? - Həkimdən AÇIQLAMA

 11:35 07.08.2026     502

Yay aylarında da soyuqdəymədən əziyyət çəkən insanların görürük. İsti havada xəstələnmək isə çoxlarına təəccüblü gəlir.

Maraqlıdır, bəs isti havalarda insanlar niyə xəstələnir?

Həkim-terapevt Günay Lətifova Redaktor.az-a açıqlamasında bildirdi ki, soyuq-isti rejimi, bədən temperaturunun dəyişməsi insanları xəstələndirir:

"İsti-soyuq rejim olduqda bədən avtomatik olaraq öz temperaturundan çıxır və iltihabi proseslər, soyuqdəymə halları baş verir.

Qış aylarında olduğu kimi, yay aylarında da mütəmadi soyuq suyun istifadəsi angina proseslərinin baş verməsinə gətirib çıxarır. Çünki nəzərə almaq lazımdır ki, soyuq su insanı yalnız qışda yox, həm də yayda xəstələndirə bilər. Odur ki, ehtiyatlı olmaq lazımdır. Eyni zamanda respirator xəstəliklər də sırf qışda əmələ gəlmir, yayda da bundan qorunmaq lazımdır. Yəni yay, qış fərq etmədən insan orqanizminin temperatur dəyişikliklərinə öyrəşməsini və xarici təsirləri nəzərə almaq lazımdır".

Müsahibimiz xəstəliklərin olub-olmaması məsələsinə də toxundu:

"Xəstəliklər müşahidə olunurmu? Olunur, bəli. Soyuq-isti keçidləri, soyuq içkilər, kondisioner və bədən temperaturunun dəyişməsi xəstəliklərə səbəbdir. Evdə kondisioneri yandırıb otağı soyutduqdan sonra söndürsünlər. Mümkün qədər kondisionerin altında yatmasınlar. İçki içəndə də çox soyuq içkilərə üstünlük verməsinlər, ilıq temperaturda içsinlər. Bütün bunlara diqqət etmək lazımdır".

Aytəkin TOFİQQIZI

                                                                                          

Vumart və Güvən reklamı Vumart Güvən