Tumun özü yox, qabığı təhlükəlidir - Həkimdən mühüm açıqlama

 19:46 08.08.2026     399

Piroqov Universitetinin Klinik Tibb İnstitutunun poliklinik terapiya kafedrasının dosenti, tibb elmləri namizədi Tatyana Mironova tumların bağırsağı “tutması” ilə bağlı fikrin nə dərəcədə doğru olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə xarici mediaya danışıb.

Onun sözlərinə görə, bağırsağı “tutan” tumun özü deyil, onun qabığıdır. Həkim bildirib ki, tum qabığı kəskin appendisitə səbəb ola bilər.

Mironova qeyd edib ki, tumun özü isə faydalı məhsuldur. Onun tərkibində B və E vitaminləri, maqnezium, sink, omeqa-3 və omeqa-6 yağ turşuları, bitki mənşəli zülal və liflər var.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən