Toyuq əti ilə bağlı xəbərdarlıq: Bu xəstəliklərin riskini artıra bilər
Toyuq ətinin həddindən artıq və düzgün hazırlanmadan istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə yüksək temperaturda qızardılmış və yaxşı bişirilməmiş toyuq əti müxtəlif xəstəliklərin yaranma riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, dietoloq Daria Rusakova toyuq ətinin düzgün hazırlanması və istehlakı ilə bağlı xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, həftədə 300 qramdan çox toyuq əti istehlakı mədə-bağırsaq xərçəngi, ateroskleroz, infarkt və insult riskinin artması ilə əlaqələndirilir.
Rusakova xüsusilə toyuq ətinin və dərisinin qızardılmasının təhlükəli ola biləcəyini bildirib. Onun sözlərinə görə, yüksək temperaturda bişirmə zamanı kanserogen maddələr yarana və məhsulun onkogen potensialı arta bilər.
Dietoloq sənaye üsulu ilə istehsal olunan toyuq ətinin də müəyyən risklər daşıdığını qeyd edib. Belə məhsullarda antibiotik qalıqları, hormonlar və patogen bakteriyaların ola biləcəyi bildirilib.
Yaxşı bişirilməmiş toyuq əti isə qida zəhərlənmələrinə səbəb ola bilər. Belə ətdə salmonella ilə yanaşı, listeriya və kampilobakter kimi patogen bakteriyalar da ola bilər.
Mütəxəssis toyuq ətinin hazırlanması zamanı gigiyena qaydalarına əməl edilməsinin və məhsulun tam bişirilməsinin vacibliyini vurğulayıb.
Aytəkin TOFİQQIZI













