Həkim qaraciyərin sağlamlığı üçün sadə gündəlik vərdişi AÇIQLADI

 13:41 12.08.2026     286

Yeməkdən sonra qısa gəzinti qaraciyərin piylənməsi riskini azaldır. Yeməkdən sonra edilən hətta qısa müddətli gəzinti belə qaraciyərin piylənməsi riskini azalda bilər.

Redaktor.az xəbər verir ki, Ayova Universitetinin Tibb Mərkəzinin hepatoloqu Marta Tehedor Bravo bu barədə “Parade” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, qaraciyərdə yağ toplanması üçün risk faktorlarından biri piylənmə və 2-ci tip şəkərli diabetdir. Normal halda qaraciyər hüceyrələrində - hepatositlərdə yağ hissəcikləri olur, lakin onların payı ümumi həcmin 5%-ni keçmir. Bu hədd aşıldıqda isə orqanın fəaliyyəti pozulur.

İlkin mərhələdə yağın toplanması ilə yanaşı iltihab yaranır, qaraciyər hüceyrələri zədələnir və məhv olur. Daha sonra fibroz inkişaf edir. Xroniki iltihab normal qaraciyər toxumasının birləşdirici, yəni çapıq toxuması ilə əvəzlənməsinə səbəb olur.

Bravo profilaktika məqsədilə hər yeməkdən sonra qısa gəzinti etməyi tövsiyə edib. Onun sözlərinə görə, yeməkdən sonra fiziki aktivlik orqanizmə qana daxil olan qlükozanın bir hissəsindən istifadə etməyə kömək edir. Həkim xatırladıb ki, məhz qlükozanın uzun müddət yüksək səviyyədə qalması - hiperglikemiya qaraciyərdə yağ toplanması üçün şərait yaradır.

“Gəzinti zamanı əzələlər enerji mənbəyi kimi qlükozadan istifadə edir. Bunun sayəsində yeməkdən sonra qaraciyərin emal etməli olduğu şəkərin miqdarı azalır. Müntəzəm gəzintilər həmçinin orqanizmin qanda qlükoza səviyyəsini tənzimləyən insulin hormonuna ümumi həssaslığını yaxşılaşdıra bilər”, - deyə ekspert izah edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən