Uşağın yayda iştahı azalıbsa, bunlara diqqət edin - Pediatrdan MƏSLƏHƏT

 15:31 12.08.2026     334

"Yay aylarında ətraf mühit çox isti olduqda mədə-bağırsaq traktında olan şirələrin ifrazı azalır. Buna görə də iştah azala bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı uşaqlarla səyahət zamanı nələrə diqqət edilməsi haqqında danışan K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova dedi.

Həkim qeyd etdi ki, elə bir dövrdə yaşayırıq ki, yay aylarında da sərin mühit yarada bilirik:

"Kondisionerlərdən, ventilyatorlardan istifadə edirik. Buna görə də ətraf mühitin temperaturu o qədər yüksək olmur və mədə-bağırsaq traktı şirələrinin ifrazına ciddi təsir göstərmir. Amma yenə də çalışın ki, otaqda temperatur 22–24 dərəcədən yuxarı olmasın. Temperatur yüksək olduqda həmin anda iştahın azalması kimi hallar ortaya çıxa bilər. İştah azaldıqda isə ilk növbədə ətraf mühitin temperaturunu normal səviyyəyə salmağa çalışaq. İkinci olaraq, yay aylarında bol su içilməlidir. Bəzən valideynlər su əvəzinə meyvə şirələri verirlər, əskisə bu tamamilə ziyandır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən