Arıqlamaq istəyənlər üçün yeni üsul - Daha çox yeyin

 17:00 12.08.2026     327

Arıqlamaq istəyənlərin daha az yemək məcburiyyətində qalmadan çəki itirməsinə kömək edə biləcək qidalanma üsulu açıqlanıb.

Redaktor.az xəbər verir ki, dietoloq Eliza Harlou “Yahoo”ya açıqlamasında “həcmli qidalanma” prinsipindən danışıb. Bu üsulda az kalorili, lakin daha çox həcmdə olan qidaların qəbul edilməsi tövsiyə olunur.

Dietoloqun sözlərinə görə, bu yanaşma insanlara daha çox meyvə və tərəvəz yeməyə kömək edə bilər. Eyni zamanda, qidaların böyük həcmdə olması toxluq hissini artıraraq ümumi kalori qəbulunun azalmasına səbəb ola bilər.

Harlou qeyd edib ki, pəhrizdə yağları tamamilə azaltmaq düzgün deyil. O, sağlam yağ mənbələri kimi qoz-fındıq, toxum və avokadonu tövsiyə edib.

Mütəxəssis sağlam qəlyanaltı kimi çiy tərəvəz və humus, giləmeyvə, popkorn, kəsmik və meyvələri göstərib. O, həmçinin yeməklərə daha çox tərəvəz əlavə etməyi, spagetti və düyünün bir hissəsini isə balqabaq və gül kələmi ilə əvəz etməyi məsləhət görüb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən