Bu, qadınlarda demenisiya riskini azalda bilər - ARAŞDIRMA

 13:07 13.08.2026     310

Amerikalı alimlərin araşdırmasına görə, yalnız estrogen tərkibli hormon terapiyası alan qadınlarda demensiya və Alzheimer xəstəliyi ilə əlaqəli beyin dəyişiklikləri daha az müşahidə olunub.

Redaktor.az xəbər verir ki, "Neurology" jurnalında dərc olunan araşdırmada 21 462 qadının tibbi məlumatları təhlil edilib. Onlardan 1 953 nəfəri estrogen terapiyası qəbul edib.

Nəticələr göstərib ki, estrogen qəbul edən qadınlarda demensiya diaqnozu ehtimalı 39 faiz daha aşağı olub. Həmçinin bu qrupda Alzheimer xəstəliyi ilə əlaqəli beyin dəyişikliklərinin görülmə ehtimalı 35 faiz az olub.

Alimlər bildiriblər ki, estrogen qəbul edən qadınların qan və onurğa beyni mayesi analizlərində beyində daha az amiloid yığılması müşahidə edilib.

Bununla belə, tədqiqatçılar demensiyanın qarşısını almaq üçün estrogen istifadəsini tövsiyə etmirlər. Onların sözlərinə görə, araşdırma yalnız estrogen terapiyası ilə demensiya riskinin azalması arasında əlaqə olduğunu göstərir və hormon müalicəsinin xəstəliyin qarşısını aldığını sübut etmir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən