Sağlamlığı qorumaq üçün ən yaxşı PƏHRİZ

 16:16 13.08.2026     403

Uzun müddət sağlam qalmaq üçün qidalanmada müxtəlifliyə üstünlük vermək vacibdir.

Redaktor.az xarici KİV-ə istinadla məlumat verir ki, dietoloq Pablo Ojeda sağlam qidalanmaq istəyənlərə “göy qurşağı pəhrizi”ni tövsiyə edib.

Onun sözlərinə görə, bu pəhriz gündəlik qidalanmada müxtəlif rəngli meyvə və tərəvəzlərdən istifadə etməyi nəzərdə tutur. Çünki qidaların rəngi onların tərkibində olan müxtəlif faydalı maddələrlə əlaqəlidir.

Dietoloq bildirib ki, boşqabda nə qədər çox rəng olarsa, orqanizm bir o qədər müxtəlif qida maddələri qəbul edə bilər. Bu səbəbdən qırmızı, narıncı, sarı, yaşıl, göy və bənövşəyi rəngli məhsulların qidalanmaya daxil edilməsi tövsiyə olunur.

Mütəxəssis müxtəlif rənglərdə olan qidaların gündəlik qəbulunu balanslaşdırılmış qidalanmanın əsas prinsiplərindən biri hesab edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən