Qarpız tumları sağlamlığa zərərlidirmi? – Həkim açıqladı

 21:55 13.08.2026     429

Rusiyalı həkim Anna Kosenkova qarpız tumlarının yeyilməsinin sağlamlığa zərər verib-vermədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, həkim bu barədə "RİA Novosti"yə danışıb.

“Sağlam insan üçün təsadüfən udulmuş qarpız tumları tamamilə zərərsizdir”, – Kosenkova bildirib. Bununla belə, həkim bəzi xəstəliklər zamanı qarpız tumlarının yeyilməsinin tövsiyə olunmadığını qeyd edib.

Həkimin sözlərinə görə, mədə-bağırsaq traktının xəstəlikləri və divertikulyar xəstəlik zamanı qarpız tumları xəstəliyin kəskinləşməsinə, köpə, ağrıya və nəcis pozğunluğuna səbəb ola bilər.

Kosenkova bu problemləri olan insanlara tumu olmayan qarpız sortlarına üstünlük verməyi və ya meyvəni yeməzdən əvvəl tumları diqqətlə çıxarmağı tövsiyə edib.

Qeyd edək ki, daha əvvəl dietoloq Coanna Kats hər gün qəhvə içməyin üstünlüklərini açıqlayıb. Onun sözlərinə görə, bu içki diqqəti və reaksiya sürətini yaxşılaşdırır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən