İsti havada halsızlıq və ürəkbulanma niyə artır? - Terapevtdən CAVAB

 16:02 14.08.2026     453

Bəzən insanlar isti havalarda ürəkbulanma, başgicəllənmə və halsızlıqdan şikayət edirlər. Bu isə belə bir sual yaradır: Həqiqətən də, yüksək temperatur ürəkbulanmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirdi ki, bu havalarda, xüsusilə də saat 12:00-15:00 arası günəş şüalarının birbaşa və daha dik bucaq altında təsir etdiyi iqlim şəraitində yaşayırıq:

"Buna görə də insanlarda başgicəllənmə, təzyiqin aşağı düşməsi və günvurma halları baş verə bilər. Əslində ürəkbulanma nədən yaranır? Təzyiqin aşağı düşməsi və yaxud qalxması nəticəsində ürəkbulanma və halsızlıq baş verə bilər. Bundan əlavə, bədən temperaturunun dəyişməsi, yəni havanın həddindən artıq isti və ya soyuq olması da reflüksü artıra bilər. Bu isə öz növbəsində ürəkbulanmasına səbəb ola bilər. Amma ümumi olaraq, günvurma zamanı yaranan ürəkbulanma və digər əlamətlər orqanizmdə baş verən dəyişikliklər, o cümlədən təzyiqin dəyişməsi ilə əlaqəli ola bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən