Yay aylarında yenidoğulmuş körpəyə papaq necə taxılmalıdır? - CAVAB

 16:40 14.08.2026     404

Yenidoğulmuş körpəsi olan valideynləri narahat edən bir sıra məsələlər olur. Bunlardan biri də körpəyə papaq taxılmasıdır.

Bəs yay aylarında körpəyə papaq necə taxılmalıdır?

Redaktor.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova sosial şəbəkə hesabında bu haqda paylaşım edib:

"Yay da olsa, çölə çıxanda mütləq yenidoğulana papaq qoyulmalıdır. Xüsusən də günəşə çıxacaqsınızsa, yenidoğulan körpələri günəş şüalarından qorumaq üçün papaq qoyulmalıdır. Bəzən valideynlər evin içində papaq qoyub-qoymamaq mövzusunda qərarsız qalırlar. Amma evin içində papaq qoymağa ehtiyac yoxdur. Yenidoğulan da olsa, evdə papaq qoymayın".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən