40 yaşdan sonra gənc qalmaq üçün bunları edin - ARAŞDIRMA
40 yaşdan sonra müntəzəm idman əzələ kütləsini, maddələr mübadiləsini və ümumi enerji səviyyəsini qorumağa kömək edir.
Redaktor.az xəbər verir ki, “Men Today” jurnalistlərinin apardığı araşdırmada bu yaşdan sonra məşq proqramına əsas əzələ qruplarını gücləndirən 4 hərəkətin daxil edilməsi tövsiyə olunub.
Məşqlər arasında çömbəlmələr, yanlardan tullanmalar, omba əzələləri üçün hərəkətlər və plank yer alır.
Çömbəlmə zamanı bel düz saxlanılmalı, çanaq isə arxaya doğru yönəldilməlidir. Yanlardan tullanmalar zamanı belin aşağı hissəsini əymək lazım deyil.
Omba əzələləri üçün hərəkət arxası üstə uzanaraq çanağın yuxarı qaldırılması ilə yerinə yetirilir. Bu zaman omba əzələləri aktiv saxlanılmalıdır.
Plank zamanı isə bədəni düz xəttdə saxlamaq və çanağın aşağı düşməsinə imkan verməmək vacibdir.
Bu hərəkətlərin əsas məqsədi 40 yaşdan sonra əzələləri gücləndirmək, fiziki formanı qorumaq və gündəlik aktivliyi artırmaqdır. Məşqlərə kiçik yüklə başlamaq və fiziki hazırlıq səviyyəsinə uyğun olaraq yükü tədricən artırmaq tövsiyə olunur.
Aytəkin TOFİQQIZI













