Yumurtanın xarab olduğunu belə müəyyən etmək olar

 12:45 17.08.2026     315

Şirniyyatçı Katalin Nagy yumurtanın xarab olub-olmadığını və istifadəyə yararlı sayılıb-sayılmadığını müəyyən etməyin sadə yollarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Nagy bu haqda aif.ru-ya danışıb.

Onun sözlərinə görə, xarab yumurtadan kəskin və xoşagəlməz, kükürdü xatırladan qoxu gəlir. Bu qoxu adətən yumurta bişirilməmişdən əvvəl də hiss olunur.

Mütəxəssis bildirib ki, yumurtanın ağı və ya sarısı bulanıq görünürsə, yaxud çəhrayı, yaşıl və ya göy qurşağına bənzər rəng dəyişikliyi varsa, onu istifadə etmək təhlükəli ola bilər.

Nagy həmçinin yumurtanın suya salınaraq yoxlanılması üsulunun tam etibarlı olmadığını qeyd edib. Yumurtanın suyun üzünə çıxması onun köhnəldiyini göstərə bilər, lakin bu, məhsulun mütləq xarab olduğu anlamına gəlmir.

Mütəxəssis son istifadə tarixi keçmiş və ya uzun müddət soyuducuda saxlanılmayan yumurtalardan istifadə edərkən xüsusilə diqqətli olmağı tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən