Yuxusuzluğa səbəb olan qidalanma vərdişləri müəyyən EDİLDİ
Bəzi qidalanma vərdişləri yuxusuzluğun yaranmasına səbəb ola bilər. Dietoloq Monika Maqalyaeş bu vərdişləri “Terra” nəşrinə açıqlamasında sadalayıb.
Redaktor.az xəbər verir ki, mütəxəssis ilk növbədə yatmazdan əvvəl çox miqdarda qida qəbul etməməyi tövsiyə edib. Onun sözlərinə görə, mədə-bağırsaq traktında yaranan narahatlıq insanın tam rahatlaşmasına və yuxuya getməsinə mane ola bilər.
Dietoloq həmçinin günün ikinci yarısında tərkibində kofein olan içkilərin qəbulunun yuxusuzluğa səbəb ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, yağlı və ədviyyatlı qidalar da həzm problemlərinə, o cümlədən mədə yanması və turşu reflüksünə səbəb olaraq yuxuya getməyə mane ola bilər.
Digər zərərli vərdiş isə gecə saatlarında şirniyyat və şəkərli içkilər qəbul etməkdir. Mütəxəssis onların əvəzinə daha qidalı məhsullara üstünlük verməyi tövsiyə edib. Dietoloq sonda yatmazdan əvvəl bir dəfəyə çoxlu maye qəbul etməməyi məsləhət görüb. O qeyd edib ki, bu, gecə saatlarında sidiyə getmə ehtiyacını artıra bilər. Qeyd edək ki, daha əvvəl terapevt Ruçir Patel yuxusuzluqla mübarizənin əsas qaydasını açıqlayıb. O, bu problemi yaşayan insanlara hər gün eyni vaxtda yatmağı və oyanmağı tövsiyə edib.
Xədicə BAXIŞLI













