Valideynlərin etdiyi bu səhv uşaqlarda ayaq əyriliyinin riskini artırır - Açıqlama

 17:04 18.08.2026     323

"Uşaqlarda ayaq əyriliklərinin qarşısını almaq üçün vaxtından erkən gəzdiriciyə qoymamaq lazımdır. Məsələn, 6 aylıq, çəkisi çox olan uşağı biz götürüb gəzdiriciyə qoysaq, ayaqlar əyilməyə başlayacaq. Çünki vaxtından erkən bədən ağırlığı ayaqlarının üstünə düşərsə, əyilmə artır, riski artır".

Redaktor.az xəbər verir ki, bu fikirləri həkim-pediatr Günay Rəsulova sosial media hesabındakı paylaşımında deyib.

Onun sözlərinə görə, uşağı 10 ayından tez "xadulka"ya qoymaq ayaq əyrilikləri riskini çoxaldır.

"10 ayından sonra belə "xadulka" uşaqlarda travmaların ən yüksək, ən çox görülən səbəbi olduğuna görə çox da məsləhət gördüyümüz bir şey deyil. Ona görə çalışın, körpələri "xadulka"ya heç qoymayın. 10 ayından erkən isə ümumiyyətlə qoymayın ki, ayaqda əyriliklər olmasın".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən