Dietoloq şorbanın tam yemək olub-olmadığına aydınlıq GƏTİRDİ
Uzun müddətdir insanlar şorbanın tam bir yemək hesab edilib-edilməyəcəyi ilə bağlı mübahisə edirlər. Dietoloq Marqaret Lage “Terra” nəşrinə açıqlamasında bu mübahisəyə aydınlıq gətirib.
Redaktor.az xəbər verir ki, dietoloqun sözlərinə görə, şorba həqiqətən faydalı ola bilər, lakin bunun üçün ona düzgün inqrediyentlər əlavə edilməlidir. Yemək tərkib baxımından balanslı olmalıdır.
“İdeal halda şorbanın tərkibində zülal mənbəyi, müxtəlif tərəvəzlər və keyfiyyətli karbohidratlar olmalıdır. Bu halda o, enerji təmin edə, toxluq hissi yarada və tam qidalanmaya töhfə verə bilər”, - deyə həkim bildirib.
Şorbanın əsasını hazırlamaq üçün o, balqabaq, kök, cəfəri kökü və ya kabaçkidən istifadə etməyi tövsiyə edib.
Bundan əlavə, dietoloq şorbaya toyuq əti, yağsız ət, yumurta, lobya, mərcimək və ya noxud əlavə etməyi məsləhət görüb. Lage həmçinin keyfiyyətli makaron və kök tərəvəzlərin də şorbanın faydalı tərkib hissələri ola biləcəyini qeyd edib.
Qeyd edək ki, daha əvvəl bioloq İrina Lyalyina bəzi insanların tərkibi zəngin borsç qəbul etməsinin əks göstəriş olduğunu bildirib. O, ürək-damar xəstəlikləri zamanı bu yeməkdən imtina etməyi tövsiyə edib.
Xədicə BAXIŞLI













