"Sosial media depressiya və təşvişə təsir göstərə bilər" - Psixiatrdan XƏBƏRDARLIQ
"Sosial media ilə depressiya və təşviş pozuntuları arasında aparılan araşdırmalar nəticəsində artıq müəyyən sübutlar var ki, aralarında əlaqə mövcuddur. Lakin birbaşa sosial medianın depressiya yaratdığını deməzdim. Çünki məsələ bundan daha mürəkkəbdir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova dedi.
Həkim vurğuladı ki, bəzən hətta əksinə də ola bilər:
"İnsan tənhalıqdan, depressiyadan, çarəsizlikdən və ya ünsiyyət çatışmazlığından sosial mediaya üz tuta, orada ünsiyyət axtara bilər. Burada qarşılıqlı əlaqə də mümkündür. Yaxud sosial mediada qarşılaşdığı informasiya daha çox bədbin, qəmli və aqressiv məzmun daşıyırsa, bu, mənəvi cəhətdən daha həssas insanlara təsir göstərə bilər. Belə hallarda təşviş pozuntusunun və depressiyanın yaranmasına və ya güclənməsinə təsir edə bilər".
NURİYYƏ













