Alzheimer xəstəliyini evdə yoxlamağın sadə YOLU

 09:45 21.08.2026     297

Alzheimer xəstəliyindən şübhələnməyə kömək edən sadə ev testi açıqlanıb.

Redaktor.az lenta.ru-ya istinadla xəbər verir ki, onkoloq Vladimir İvaşkov bu xəstəlikdən şübhələnmək üçün tanış qoxuları müəyyən etməyə əsaslanan üsuldan danışıb.

Test zamanı gözləri yumaraq beş-altı tanış qoxunu müəyyən etmək lazımdır. Həkimin sözlərinə görə, insan qəhvə, nanə və ya benzin kimi tanış qoxuları ayırd edə bilmirsə, nevroloqa müraciət etmək məsləhətdir.

İvaşkov bildirib ki, qoxuları tanımaq qabiliyyətinin zəifləməsi Alzheimer xəstəliyində yaddaş problemlərindən daha əvvəl ortaya çıxa bilər. Oxşar əlamət Parkinson xəstəliyində də müşahidə olunur.

Həkim bu testi ildə bir dəfə keçirməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən