Göbəkdə yığılan çirk ciddi iltihaba səbəb ola bilər - Həkim xəbərdarlıq etdi

 21:41 24.08.2026     364

Göbəkdə uzun müddət çirk yığılması dəridə ciddi iltihabın yaranmasına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim-terapevt Andrey Solovyov “Gazeta.Ru”ya açıqlamasında bildirib. 

Mütəxəssisin sözlərinə görə, gigiyenaya uzun müddət əməl edilmədikdə dəri yağı, ölü dəri hüceyrələri, tər və geyimdən qopan liflər göbəkdə sıxlaşaraq təmizlənməsi çətin olan bərk tıxac yarada bilər. Belə hallarda onu müstəqil şəkildə çıxarmaq mümkün olmaya və tibbi müdaxilə tələb oluna bilər. 

Həkim həmçinin bildirib ki, göbəkdə yaranan isti və nəm mühit Candida göbələyinin çoxalmasına şərait yaradır. Bu isə güclü qaşınma, dəridə qızartı və xoşagəlməz qoxuya səbəb ola bilər. 

Onun sözlərinə görə, immun sistemi zəif olan insanlarda infeksiya daha dərin toxumalara yayıla və daha ciddi xəstəliklərə səbəb ola bilər.

Solovyov göbək nahiyəsinin gigiyenasına mütəmadi diqqət yetirməyi, ilıq su və yumşaq sabun və ya gel ilə ehtiyatla təmizləməyi tövsiyə edib. O, həmçinin göbək nahiyəsini yuduqdan sonra quru saxlamağın vacib olduğunu vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən