Qaraciyər üçün ən faydalı tərəvəzlərdən biri BUDUR
Qaraciyər üçün faydalı və əlçatan tərəvəzlərdən birinin çuğundurdur.
Redaktor.az xəbər verir ki, bu haqda dietoloq və uşaq qidası üzrə mütəxəssis Yelena Milayeva aif.ru-ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, çuğundur fol turşusu, kalium, maqnezium, dəmir, sink və digər vitamin-minerallarla zəngindir. Tərəvəzin tərkibində olan betain qaraciyərin yağları emal etməsinə və orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir.
Mütəxəssis qeyd edib ki, çuğundur həmçinin ürək-damar sistemi və həzm üçün də faydalıdır. Onun sözlərinə görə, gündə bir orta ölçülü çuğundur yemək kifayət edə bilər.
Lakin allergiyası, böyrək xəstəliyi və ya diabeti olan şəxslərə çuğunduru qida rasionuna əlavə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Aytəkin TOFİQQIZI













