"Xəstəliklərimizin səbəbi yalnız genlər deyil" - Mütəxəssis AÇIQLADI

 15:11 26.08.2026     424

"Genetikanın insan sağlamlığı üçün əvəzsiz funksiyası var. Məsələn, bəzi insanlar deyirlər ki, “mən qrip olmuram, ümumiyyətlə xəstələnmirəm”. Elə insanlar da var ki, onlarda xərçəngin qarşısını alan genlərdə zədələr olur və nəticədə müxtəlif orqanlarda şişlər daha tez-tez əmələ gəlir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov dedi.

Həkim vurğuladı ki, genetika çox vacib məsələdir:

"Amma hər şeyi müəyyən etmir. İnsan genetikasının sağlamlığa və ümumilikdə uzunömürlülüyə təsiri təxminən 20-25 faizdir. Yəni insanın nə qədər uzun ömür yaşayacağı təxminən 20-25 faiz hallarda onun genetikasından asılıdır. Qalan 70-75 faiz isə həyat tərzindən asılıdır. Dediyimiz kimi, bunu yekunlaşdırsaq, “hər şey məndə genetikdir” deyib dayanmaq olmaz. Xəstələrə də deyirik ki, bir çox hallarda xəstəlikləri məhz öz davranışları və həyat tərzləri nəticəsində qazanırlar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən