Həkim arıqlama iynələrindən sonra çəkinin niyə geri qayıtdığını AÇIQLADI

 20:47 26.08.2026     363

Arıqlama məqsədilə iynələrdən istifadə etdikdən sonra çəkinin yenidən artmasının bir sıra səbəbləri var.

Redaktor.az xəbər verir ki, bunu “SM-Klinika” Reproduktiv Sağlamlıq Mərkəzinin endokrinoloqu Sergey Myasoedov açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, müalicə başa çatdıqdan sonra çəkinin artmasının əsas səbəblərindən biri iştahanın geri qayıtmasıdır. Onun sözlərinə görə, preparatlardan istifadə zamanı insan adətən daha tez doyur, güclü aclıq hissini daha az yaşayır və porsiyaların həcmini daha asan nəzarətdə saxlaya bilir.

Lakin preparatların qəbulu dayandırıldıqdan sonra bu təsir tədricən aradan qalxır və əvvəlki iştaha geri qayıda bilər.

Myasoedov qeyd edib ki, çəki azaldıqda orqanizm də bədən kütləsinin azalmasına uyğunlaşır. Daha yüngül bədəni qorumaq üçün daha az kalori tələb olunduğundan enerji sərfiyyatı azalır. Eyni zamanda aclıq siqnalları güclənə bilər.

Endokrinoloqun sözlərinə görə, preparat dayandırıldıqdan sonra qidalanma əvvəlki kimi qalırsa və ya qəbul edilən kalorilərin miqdarı artırsa, tədricən enerji artıqlığı yaranır. Bu isə bədən çəkisinin yenidən artmasına səbəb olur.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən