Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər - Həkimlər izah ETDİ

 21:46 31.08.2026     278

Acılı, qızardılmış və yağlı yeməklər alkoqoldan sonrakı vəziyyəti daha da ağırlaşdıra bilər.

Redaktor.az xəbər verir ki, bu haqda xarici mediaya narkoloq və psixiatr Sergey Litkov açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, alkoqol qəbulundan sonra orqanizmdə susuzlaşma, su-duz balansının pozulması və intoksikasiya baş verir. Buna görə də ilk növbədə su-duz balansını bərpa etmək vacibdir. Yalnız bundan sonra iştah yarandıqda yüngül qidalar qəbul etmək olar.

Həkim bu məqsədlə toyuq bulyonu, yulaf sıyığı, omlet, banan, düyü və ya sobada bişirilmiş tərəvəzləri tövsiyə edib.

Litkov ağır və yağlı qidaların isə alkoqoldan sonrakı vəziyyət üçün uyğun olmadığını bildirib. Onun sözlərinə görə, kabab, qızardılmış ət və fastfud sağalma prosesini sürətləndirmir.

Mütəxəssis qeyd edib ki, belə hallarda mədə və qaraciyər eyni vaxtda həm alkoqolun, həm də ağır qidaların yaratdığı fəsadların öhdəsindən gəlməli olur.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən