Meyvə və tərəvəzlər bu riski AZALDIR

 16:09 01.09.2026     334

Meyvə və tərəvəzlərin qəbulunu artırmaq qeyri-əzələ invaziv sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş insanlarda xəstəliyin yenidən yaranması riskinin azalması ilə əlaqələndirilib.

Redaktor.az xəbər verir ki, bu nəticəyə Radboud Universitetinin Tibb Mərkəzinin alimləri gəlib. Tədqiqatın nəticələri European Journal of Nutrition jurnalında dərc olunub.

Alimlər yeni sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş 1396 xəstənin məlumatlarını təhlil ediblər. İştirakçılar orta hesabla 4,7 il ərzində müşahidə olunub. Tədqiqat zamanı onların diaqnozdan əvvəl, həmçinin diaqnozdan 3 və 15 ay sonra qidalanma xüsusiyyətləri qiymətləndirilib.

Müşahidə müddətində 466 nəfərdə xəstəlik ən azı bir dəfə təkrarlanıb, 153 xəstədə isə şişin inkişaf etdiyi müəyyənləşdirilib.

Nəticələrə görə, diaqnozdan üç ay sonra gündəlik meyvə və tərəvəz qəbulunun hər əlavə 100 qram artırılması xəstəliyin ilk dəfə təkrarlanması riskinin təxminən 9 faiz azalması ilə əlaqəli olub. Diaqnozdan sonra bu məhsulların gündəlik qəbulunu 100 qram artıran şəxslərdə isə şişin yenidən yaranma ehtimalı təxminən 10 faiz aşağı olub.

Bununla belə, alimlər meyvə və tərəvəzlərin miqdarı ilə artıq diaqnoz qoyulmuş xərçəngin inkişaf riski arasında əlaqə müəyyən etməyiblər.

Tədqiqat müəllifləri hesab edirlər ki, bitki mənşəli məhsullarla zəngin qidalanma müalicədən sonra bərpa prosesinə təsir edən amillərdən biri ola bilər. Belə qidaların tərkibindəki antioksidantlar, lif və bioloji aktiv birləşmələr iltihabla mübarizəyə və immun sisteminin fəaliyyətinə dəstək verə bilər.

Alimlər isə vurğulayıblar ki, tədqiqat müşahidə xarakterli olduğundan səbəb-nəticə əlaqəsini sübut etmir. Yəni meyvə və tərəvəzlərin birbaşa olaraq şişin təkrarlanmasının qarşısını aldığı qənaətinə gəlmək olmaz.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən