“Səhər yeməyi geniş, axşam isə daha az olmalıdır” – Terapevt

 15:12 02.09.2026     351

"Səhər yeməyi zamanı əsasən rasionun geniş olması məsləhət görülür".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova dedi.

Onun sözlərinə görə, günorta saatlarında nisbətən az, axşam saatlarında isə daha az yemək tövsiyə olunur:

"Su qəbulu da sağlam qidalanmanın əsas tərkib hissələrindən biridir və orqanizm üçün çox vacibdir. Payız-qış dövrünə keçid zamanı havalar soyuduğu üçün suya olan tələbat azalsa da, insanlar bunu unutmamalıdır. Sutka ərzində orta hesabla ən azı 1,5-2 litr su qəbul olunmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən