"D vitamini çatışmazlığı depressiyaya səbəb ola bilər" - Həkimdən XƏBƏRDARLIQ

 15:17 02.09.2026     333

"D vitamininin sintezi üçün günəş şüası çox önəmlidir. Biz bilirik ki, D vitamini günəş şüalarının təsiri altında dəridə əmələ gəlir. D vitamininin isə orqanizm üçün təkcə vitamin kimi deyil, həm də hormon kimi fəaliyyəti və təsiri var. D vitamininin təsiri altında bağırsaqlardan kalsium və fosfor sorulur".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı həkim-terapevt Günay İsmayılova bildirdi.

O vurğuladı ki, kalsium və fosfor da sümüklərin möhkəmlənməsi üçün çox vacib mikroelementlərdir:

"Bu mikroelementlərin çatışmazlığı zamanı osteoporoz böyüklərdə sümüklərin yumşalması probleminə rast gələ bilərik. Uşaqlarda isə bu mikroelementlərin çatışmazlığı dişlərin korlanmasına, yəni kariyesə səbəb ola bilər. Bundan başqa, D vitamini serotonin sintezini artırır. Serotonin isə xoşbəxtlik hormonu hesab olunur. Ona görə D vitamini çatışmazlığı zamanı insanlar depressiv ola, yuxuya meyilli ola və halsızlıq əlamətlərindən şikayətlənə bilərlər. D vitamininin immunitet üçün də çox böyük rolu var və immun sisteminin fəaliyyəti üçün vacibdir. Çünki immun sisteminin makrofaqlar, T-limfositlər kimi hüceyrələrinin aktivləşdirilməsi üçün də D vitamininə ehtiyac var. Yəni D vitamininin orqanizm üçün faydası çox böyükdür. Buna görə də günəş şüası vacibdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən