Bu vərdişlər immun sistemini ZƏİFLƏDİR

 15:20 02.09.2026     302

"Deməzdim ki, bütün dadlı olan qidalar orqanizm üçün zərərlidir. Kimlər üçünsə dadlı hesab olunan qidalar digər şəxslər üçün dadlı olmaya bilər. Bu da vərdişlərdən asılıdır. Bəli, əlbəttə ki, bu gün ən çox istifadə olunan və orqanizmə daha çox zərər verən qidalar arasında "fast-food"lar, şirin içkilər, həmçinin duz və şirniyyatın həddindən artıq qəbulu xüsusi yer tutur. Bunlar çox zərərli hesab olunur”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı terapevt Günay İsmayılova vurğuladı.

O qeyd etdi ki, zərərli vərdişlər də immun sistemini sarsıdan, həyat tərzinə pis təsir edən amillərdən biridir:

"Zərərli vərdişlər təkcə siqaret istifadəsi, narkomaniya və spirtli içkilər deyil. Qidadan həddindən artıq istifadə də zərərli vərdiş hesab edilir. Texnologiyadan həddindən artıq istifadə, məsələn, kompüterlərdən, sosial şəbəkələrdən və telefonlardan çox və ya həddindən artıq istifadə də zərərli vərdişlər hesab olunur. Bu faktorlar immun sistemini zəiflədir, həyat tərzinə pis təsir edir və beləliklə, bir çox xəstəliklərə səbəb ola bilir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən