"Soyuq hava infarkt və insult riskini artıra bilər" - Günay İsmayılova

 15:25 02.09.2026     418

"Temperaturun kəskin dəyişməsi, əlbəttə ki, daha çox yaşlı insanlara və uşaqlara pis təsir edir. Ona görə ki, bu qrup insanlarda termorequlyasiya sistemi zəif olur. Bundan başqa, xroniki xəstəlikləri olan insanlara da, əsasən arterial hipertenziya, ürək-damar və tənəffüs sisteminin xroniki xəstəliklərindən əziyyət çəkən şəxslərə bu keçid dövründə daha pis təsir edə bilər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova dedi.

Həkim nəzərə çatdırdı ki, soyuq hava zamanı damarlar daralır:

"Bu zaman arterial təzyiq yüksələ bilər. Arterial təzyiqin yüksəlməsi isə miokard infarktı və insult riskini artıra bilər. Tənəffüs sistemi xəstəlikləri də, dediyim kimi, kəskinləşir. Bu, soyuq temperaturun təsiri altında tənəffüs yollarında spazm yarana bilməsi ilə əlaqədardır. Bu da boğulma tutmalarını artıra və tənəffüs sistemi xəstəliklərini ağırlaşdıra bilər. İnfeksiyalara da bu dövrdə daha çox rast gəlinə bilər. Bu da xroniki xəstəlikləri, əsasən də tənəffüs sistemi xəstəliklərini kəskinləşdirə bilər. Yəni meteohəssas insanlara da bu dəyişikliklər pis təsir edə bilər. Bu insanlarda bu dövrdə daha çox halsızlıq, tez-tez baş ağrıları və oynaqlarda ağrıların kəskinləşməsi müşahidə oluna bilər. Mədə-bağırsaq sistemi xəstəlikləri, məsələn, qastrit və mədə xorası da mövsümi xarakter daşıya bilər. Payız dövründə bu xəstəliklər kəskinləşə bilər. Ona görə bu qrupdan olan insanlar daha diqqətli olmalıdırlar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən