Mütəxəssis makaronun içindən çıxan qurddan DANIŞDI - Son istifadə tarixinə aldanmayın

 16:33 04.09.2026     345

Bəzən istehlakçılar makaronun qablaşdırmasını açdıqda içərisində xırda qurdlar və ya həşəratlar olduğunu görürlər. Bu hal alıcılar arasında ciddi narahatlıq yaradır.

Bəs makaronun içərisində qurdların yaranmasına səbəb nədir?

Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov qeyd etdi ki, məhsulun yararlılıq müddətinin 2028-ci və yaxud 2029-cu ilə qədər olması və yaxud uzunmüddətli olması məhsulun hər zaman keyfiyyətli və yaxud təhlükəsiz olması demək deyil:

"Əgər bu gün həmin məhsullar normal şəraitdə saxlanılmırsa, həmin məhsulların saxlanma şəraiti normativlərə uyğun deyilsə, təbii ki, bunun tərkibində hər hansısa sürfələrin, həşərat yumurtalarının olması qaçılmazdır. Ola bilsin ki, məhsul qablaşdırılmadan öncə məhsulda xammal olaraq həşərat yumurtası olub və sonra həmin həşərat yumurtası qablaşdırmanın içərisində qalıb və həmin o onun inkişafı üçün də münbit şərait yaranıb və bu günləri rütubətli yerdə saxlanılma və yaxud düzgün temperaturda saxlanılmama həmin yumurtaların inkişafına səbəb olub ki, bu günləri həmin o məhsulun tərkibində qurdlar və yaxud digər həşəratlar gözlə görsənən vəziyyətdədir".

Müsahibimiz vurğuladı ki, qablaşmanın zədələnməsindən, anbarda daşınma zamanı yol verilən nöqsanlar da bu problemlərin yaranmasına səbəb ola bilər: 

"Qablaşdırma zədələnərsə, cırılarsa, sökülərsə, onun tərkibinə təbii ki, həmin həşəratların girməsi, həmin həşəratların da alıcıların qarşısına çıxması qəbul ediləndir və bu da anbar qaydalarına uyğunsuzluğun nəticəsi olaraq qəbul edilməlidir. Bütün bunlar nəzərə alındıqdan sonra yekunda onu demək olar ki, istər anbar vəziyyəti, istərsə də qablaşdırma vəziyyətindən də qabaq xammal halından məhsul halına qədər, yəni qidanın artıq qablaşdırılmasına qədər olan bir prosesdə insanların gigiyenik qaydalara əməl etməsi, istehsalatda gigiyenik qaydalara əməl etməsi birmənalı şəkildə düzgün qaydalara uyğun həyata keçirilməlidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən