Bu qidalar hava çirkliliyinin zərərini azalda bilər - ARAŞDIRMA
Aralıq dənizi pəhrizində istifadə olunan bəzi qidalar hava çirkliliyinin yaratdığı DNT zədələnməsini azaltmağa kömək edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Air Quality, Atmosphere-Health” (AQAH) jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər qatıq, alma, limon, şaftalı, kivi, brokoli, soğan və pomidoru araşdırıblar.
Nəticələrə görə, ən güclü təsir qatıqda müşahidə olunub. Bəzi təcrübələrdə qatıq ağciyər hüceyrələrində DNT zədələnməsini təxminən 90 faiz azaldıb.
Bununla belə, araşdırma insanlarda deyil, hüceyrə kulturaları və bakteriyalar üzərində aparılıb. Buna görə də bu qidaların hava çirkliliyindən qoruduğu hələ tam sübut olunmayıb.
Aytəkin TOFİQQIZI













