Nevroloq yuxusuzluğun əsas səbəblərindən birini açıqladı
Nevroloq Seliya Qarsiya Malo yuxusuzluğun bir çox səbəbdən yarana biləcəyini bildirib. Onun sözlərinə görə, gecə saatlarında həddindən artıq stimullaşma yuxunun əsas düşmənlərindən biridir.
Redaktor.az xəbər verir ki, bu barədə nevroloq “Hola” nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, gecə saatlarında uzun müddət ekran qarşısında qalmaq, gec saatlarda nahar etmək və yatmazdan əvvəl tez-tez telefona baxmaq yuxusuzluğa səbəb ola bilər.
Seliya Qarsiya Malo qeyd edib ki, bu vərdişlər orqanizmin yuxuya hazırlaşmasına kömək edən melatonin hormonunun ifrazını poza bilər. Nəticədə yuxu daha parçalanmış və keyfiyyətsiz ola bilər.
Nevroloq həmçinin bildirib ki, yaxşı istirahət yalnız yuxunun müddətindən deyil, insanın bioloji ritminə uyğun vaxtda yatmasından da asılıdır.
Xədicə BAXIŞLI













