Gec yatmaq sağlamlığa zərərlidir? - Yuxu mütəxəssisi AÇIQLADI

 09:30 08.09.2026     392

Gecə saat 00:00-dan sonra yatmağın sağlamlıq üçün mütləq zərərli olması ilə bağlı fikirlər doğru deyil.

Redaktor.az xəbər xarici mediaya istinadla xəbər verir ki, yuxu mütəxəssisi Roman Buzunov bildirib ki, insan orqanizmi yuxu rejimi sabit saxlanıldığı müddətdə fərqli qrafiklərə uyğunlaşa bilər. Onun sözlərinə görə, əsas məsələ saat neçədə yatmaqdan daha çox, yuxu rejiminin müntəzəm olmasıdır.

Mütəxəssis bu fikrini kosmonavtların həyat tərzi ilə izah edib. O qeyd edib ki, orbitdə təbii gündüz-gecə dövrü olmadığı üçün kosmonavtların sirkadian ritmləri süni işıqlandırma və müəyyən edilmiş rejim əsasında tənzimlənir.

Buzunovun sözlərinə görə, insan hətta gecə saat 02:00-da yatıb səhər saat 10:00-da oyanmağa da uyğunlaşa bilər. Lakin hər gün yatma vaxtını dəyişmək yuxuya getməkdə çətinlik və yatmazdan əvvəl narahatlıq yarada bilər.

Mütəxəssis qeyd edib ki, sağlam yuxu üçün əsas şərtlərdən biri sabit rejimə riayət etməkdir. Eyni zamanda, yatarkən otağın qaranlıq olması, oyaq vaxtlarda isə kifayət qədər təbii və ya süni işıq qəbul edilməsi vacibdir.

Beləliklə, yuxunun gecə yarısından sonra başlaması öz-özlüyündə sağlamlıq problemi yaratmaya bilər. Əsas məsələ yuxunun kifayət qədər olması və rejimin davamlı şəkildə qorunmasıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən