Yulaf ilə bağlı XƏBƏRDARLIQ
Səhər yeməyində seçilən qidalar gün ərzində toxluq hissinə və yenidən aclığın nə vaxt yaranmasına təsir edə bilər.
Redaktor.az xəbər verir ki, bu haqda endokrinoloq Maksim Kuznetsov aif.ru-ya danışıb.
O, paketlərdə satılan hazır yulaf ezməsinin uzun müddət toxluq yaratmadığını bildirib.
Mütəxəssisin sözlərinə görə, paket yulaf ezməsi tez həzm olunur və buna görə də səhər yeməyindən qısa müddət sonra insan yenidən acıla bilər.
Kuznetsov irmik sıyığının da oxşar xüsusiyyətə malik olduğunu deyib. O bildirib ki, hazır yulaf ezməsini ara-sıra yemək olar, lakin arıqlamaq istəyənlər üçün bu, ən yaxşı seçim deyil.
Həkim daha iri yulaf lopalarına üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, belə lopalar ən azı 10 dəqiqə, daha yaxşı nəticə üçün isə 20-30 dəqiqə bişirilməlidir.
Səhər yeməyini daha doyurucu etmək üçün yulaf ezməsinə yumurta kimi protein mənbəyi və giləmeyvə kimi liflə zəngin məhsullar əlavə etmək məsləhət görülür.
Aytəkin TOFİQQIZI













