"Boy artımı və sümük sağlamlığı üçün bu qidalar vacibdir" – Həkim AÇIQLADI

 15:33 09.09.2026     332

"Boy artımı və sümük sağlamlığı üçün gündəlik rasionda bir sıra vacib qida məhsullarına yer verilməlidir. Ən əsası, kalsium və minerallarla zəngin olan qidalardır. Süd və süd məhsulları, xüsusilə kəsmik, pendir və bu kimi məhsullar kalsium baxımından zəngindir və sümük sağlamlığı üçün çox önəmlidir".

Redaktor.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev bildirdi.

İkinci olaraq həkim qeyd etdi ki, zülalla zəngin qidalar da bu rasiona aiddir:

"Ət məhsulları, balıq, yumurta və bu kimi qidalar da sümük inkişafı və ümumi sağlamlıq baxımından əhəmiyyətlidir. Bundan əlavə, göyərtilərin də rasionda olması vacibdir. Müəyyən göyərti məhsulları müxtəlif minerallarla zəngindir və sümük sağlamlığına faydalı ola bilər.

Həmçinin müxtəlif idman növləri də boy artımına və sümük sağlamlığına kömək edir. Məsələn, erkən yaşlardan üzgüçülüklə məşğul olan uşaqlarda həm boy artımı, həm də sümüklərin möhkəmlənməsi baxımından müsbət təsirlər müşahidə oluna bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən