Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər - Nevroloq xəbərdarlıq etdi

 22:13 10.09.2026     367

Nevroloq Konrado Estol tez yuxuya gedən insanlarla bağlı maraqlı məqama diqqət çəkib. Onun sözlərinə görə, qısa müddətdə yuxuya getmək hər zaman yaxşı yuxunun göstəricisi deyil.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə “El Confidencial” nəşrinə danışıb.

Estolun sözlərinə görə, bir çox insan tez yuxuya getməyi üstün xüsusiyyət kimi qiymətləndirir. Lakin bəzi hallarda bu, orqanizmdə toplanmış yuxu çatışmazlığına işarə edə bilər.

Nevroloq bildirib ki, insan günün sonunda çox güclü yorğunluq hiss etdikdə yuxuya daha sürətli gedə bilər. Bu səbəbdən gecə yatağa uzandıqdan dərhal sonra yuxuya getmək mütəmadi hal alırsa, buna diqqət yetirmək lazımdır.

Mütəxəssisin fikrincə, insanın yuxuya getməsi üçün optimal müddət təxminən 10-15 dəqiqədir. Bəzən dərhal yuxuya getmək normal hesab oluna bilər. Lakin bu hal müntəzəm şəkildə təkrarlanırsa, orqanizmin daha uzun gecə istirahətinə və ya daha nizamlı yuxu rejiminə ehtiyacı ola bilər.

Estol vurğulayıb ki, yuxuya getmə sürətini ayrıca deyil, insanın ümumi yuxu müddəti, gündəlik yorğunluğu və yuxu rejimi ilə birlikdə qiymətləndirmək lazımdır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən