Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

 10:13 14.09.2026     280

Yuxusuz gecədən sonra cəmi 20 dəqiqə fiziki fəaliyyət göstərmək beynin fəaliyyətini yaxşılaşdırmağa kömək edə bilər.

Redaktor.az xəbər verir ki, bunu yuxu mütəxəssisləri Pravait Rudraraju və Beth Malou bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, yuxu çatışmazlığı yaddaş, öyrənmə və məkan qavrayışına təsir göstərir. Fiziki fəaliyyət isə bu təsirləri azaltmağa və insanın özünü daha enerjili hiss etməsinə kömək edə bilər.

Pravait Rudrarajunun sözlərinə görə, hərəkət zamanı beyinə oksigen axını artır. Bu da yuxusuzluqdan sonra beyin fəaliyyətinin yaxşılaşmasına təsir göstərə bilər.

Mütəxəssislər qeyd ediblər ki, fiziki fəaliyyət yuxunu əvəz etmir. Yuxu zamanı beyin gün ərzində əldə olunan məlumatları və xatirələri möhkəmləndirir.

Bununla belə, yuxusuz gecədən sonra 20 dəqiqəlik gəzinti və ya velosiped sürmək əhval-ruhiyyəni və ümumi vəziyyəti yaxşılaşdıra bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən