Hamiləlikdə “arıqlamaq” təhlükəlidirmi? - Həkimdən AÇIQLAMA

 15:14 16.09.2026     111

"Sağlam qidalanmayan, balanslaşdırılmamış qidadan istifadə edən hamilələrdə çəki artımından, xüsusilə patoloji çəki artımından qorxuruq. Elə ola bilməz ki, hamilələrdə çəki artımı olmasın. Biz ümumiyyətlə hamilənin arıqlamasını və ya çəkisinin normada qalmasını istəmirik".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva dedi.

Həkimin sözlərinə görə, hamiləlik dövründə çəki artımı təbiidir və olmalıdır:

"Sadəcə, balanslaşdırılmamış qidalanma zamanı ən birinci qorxduğumuz məsələ sağlam olmayan və sürətli çəki artımıdır. Düzgün qidalanmadıqda dəmir çatışmazlığı yarana bilər ki, bu da anada anemiyaya gətirib çıxarır. Həmçinin asan həzm olunan karbohidratlardan çox miqdarda qəbul etmək, rafinə olunmuş undan çox istifadə etmək hamilələrdə insulin müqaviməti yarada bilər və gestasion diabet, yəni hamiləlik şəkəri deyilən xəstəliyə gətirib çıxara bilər. Qidada çatışmazlıq, zəif qida qəbulu isə dölün bətn daxilində xəsarət görməsinə və inkişafının ləngiməsinə gətirib çıxara bilər. Bu kimi xəsarətlər gözlənilir. Ona görə də yenə vurğulayıram, balanslaşdırılmış qida qəbulu hamilə üçün ən əsas şərtlərdəndir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən