Hamilə qadınlara ev işləri görmək olar? - Ginekoloqdan AÇIQLAMA

 15:23 16.09.2026     221

"Riskli qrupa aid olmayan hamilələr üçün ev işləri heç bir təhlükə yaratmır və bunu müəyyən mənada hamilələr üçün fiziki aktivlik kimi də qiymətləndirmək olar".

Redaktor.az xəbər verir ki, bunu mama-ginekoloq Ruidə İsayeva bildirdi.

Onun sözlərinə görə, sadəcə, ev işləri görərkən hamilələr qarın boşluğuna təzyiqi artıran hərəkətlərdən çəkinməlidirlər:

"Bunlara ağırlıq qaldırmaq, kəskin hərəkətlər etmək daxildir. Məsələn, ağırlıq qaldırmaq, kəskin hərəkət etmək, oturduğu yerdən birdən ayağa qalxmaq, əyilib-qalxmaq və hündürdən aşağı düşmək kimi hərəkətlər travmaya səbəb ola və hamilə üçün təhlükə yarada bilər. Ev işləri ilə bağlı isə fizioloji hamiləlikdə, mənim qeyd etdiyim kimi, heç bir əks-göstəriş yoxdursa, hamilənin ev işləri ilə məşğul olmasına heç bir əks-göstəriş yoxdur. Buna uşaqlıq yolundan qanlı ifrazatın gəlməsi, dölyanı mayenin açılması və ciftin yerləşməsi ilə bağlı patologiyaların olmaması daxildir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən