Bu bitki çaylarını həkim məsləhəti olmadan içməyin - XƏBƏRDARLIQ

 15:25 16.09.2026     158

"Hamilə qadınlar zaman-zaman bitki çaylarından istifadə edirlər. Bitki çayları ilə bağlı “bitkidir, təhlükəsizdir” deyə bir anlayış ola bilməz".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva bildirdi.

Həkim vurğuladı ki, bitki çaylarının tərkibində bioloji aktiv maddələr var:

"Bu bitkilərin özlərinin də hamilələr üçün əks-göstəriş olan növləri mövcuddur. Ona görə də hamiləyə həkim tövsiyəsi olmadan, həkimlə məsləhətləşmədən hər hansı bitkidən istifadə etmək məsləhət görülmür".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən