Balqabağın FAYDALARI

 18:49 16.09.2026     108

Balqabağın tərkibindəki lif normal bağırsaq fəaliyyətini dəstəkləyə və uzun müddət toxluq hissini qoruya bilər.

Redaktor.az xəbər verir ki, bu haqda terapevt və dietoloq Yelena Ustinova gazeta.ru-ya verdiyi müsahibədə bildirib.

Mütəxəssis qeyd edib ki, 100 qram balqabaqda təxminən 22 kilokalori və dörd qram lif var. Həkimin sözlərinə görə, qida lifi həzm üçün faydalıdır və toxluq hissini daha uzun müddət qorumağa kömək edir ki, bu da xüsusilə arıqlamaq üçün dəyərlidir. Bundan əlavə, balqabağın faydaları tərkibindəki karotinoidlərin olması ilə bağlıdır ki, bunların bir hissəsi bədəndə A vitamininə çevrilir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən