Qırmızı ət əvəzinə bunu YEYİN
Qırmızı ət əvəzinə yüksək keyfiyyətli quş əti qəbulu ömrü 19-20 faiz uzada bilər.
Redaktor.az xəbər verir ki, bu haqda dietoloq Elena Solomatina məlumat verib.
Həkimin sözlərinə görə, quş əti yaşlılar və qırmızı əti həzm etməkdə çətinlik çəkənlər üçün uyğundur. Lakin mütəxəssis mal əti və donuz ətinin tamamilə aradan qaldırılmasını tövsiyə etmir, çünki onların da sağlamlıq üçün faydaları var. Məsələn, mal əti dəmir və B12 vitamini ilə zəngindir. Donuz əti haqqında danışan həkim, bir çox yüzilliklərin yaşadığı Yaponiyanın Okinava şəhərini nümunə göstərdi.
"Ənənəvi olaraq onların pəhrizi düyü, dəniz məhsulları və dəniz yosunu ilə əlaqələndirilir, amma əslində onlar donuz yeyənlərdir. Bu yaxınlarda məlum oldu ki, onlar dəniz məhsullarından daha çox donuz ətinə üstünlük verirlər", - deyə Solomatina qeyd edib.
Eyni zamanda, mütəxəssis xəbərdarlıq edib ki, hər bir ət növünün öz sağlamlıq faydaları olsa da, qırmızı ət pəhrizin daimi bir hissəsi olmamalıdır. Yaşlı insanlar və mədə-bağırsaq problemləri olan xəstələr quş ətinə, kotletlərə və ya küftələrə keçmək daha yaxşıdır.
Aytəkin TOFİQQIZI













