İnsanın yeriş sürəti onun fiziki vəziyyətini göstərə bilər? - CAVAB

 23:23 16.09.2026     84

İnsanın yeriş sürəti onun fiziki vəziyyətini göstərə və hətta ehtimal olunan ömür uzunluğunu proqnozlaşdıra bilər.

Redaktor.az xəbər verir ki, bu haqda çəki idarəetmə mütəxəssisi Cek Mosli Surrey aif.ru-ya verdiyi müsahibədə danışıb.

Yaşlanmanın bədənə nə qədər təsir etdiyini müəyyən etmək üçün mütəxəssis sadə bir test təklif edib: normal tempdə dörd metr yeriyin və vaxtını ölçün. Orta hesabla bu, təxminən beş saniyə çəkir; daha sürətli olmaq yaxşı hesab olunur. 

Mosli vurğulayıb ki, yavaş yeriş sürəti özlüyündə sağlamlıq problemlərini göstərmir və insanın ömür uzunluğunu proqnozlaşdırmır. O izah edib ki, həqiqətən dəyərli məlumatlar yeriş sürətinin zamanla necə dəyişməsindən gəlir. Eyni zamanda bir il ərzində yeriş sürətini artıran insanların sonrakı səkkiz il ərzində ölüm riski daha aşağı olub.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən