Psixiatr toksik münasibətlərin 3 təhlükəli əlamətini açıqladı

 20:39 17.09.2026     102

Psixiatr Anton Şestakov toksik münasibətlərin əsas və təhlükəli əlamətlərini sadalayıb.

Redaktor.az xəbər verir ki, həkim bu barədə UfaTime.ru nəşrinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, toksik münasibətlərin ilk əlamətlərindən biri tərəflərdən birinin partnyorunun hadisələrlə bağlı söylədiklərini davamlı olaraq uydurma və ya həqiqətə uyğun olmayan fikir kimi təqdim etməsidir. Psixiatr bildirib ki, bu davranış qazlaytinq adlanır və zamanla insanın öz yaddaşına və yaşadıqlarına şübhə etməsinə səbəb ola bilər.

Həkim ikinci əlamət kimi isə münasibətlərdə baş verən hər şeyə görə bir tərəfin özünü günahkar hesab etməsini göstərib. Onun sözlərinə görə, belə vəziyyətdə insanda “O mənə əsəbiləşir, çünki mən pisəm” düşüncəsi formalaşır.

Psixiatr əlavə edib ki, münasibət başladıqdan sonra insanın dostları və yaxınları ilə ünsiyyət dairəsinin tədricən daralması da toksik münasibətlərin göstəricisi ola bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən