Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI
Ağız qoxusunun əsas səbəbi dişlər deyil, dil ola bilər.
Redaktor.az xəbər verir ki, “El Confidencial”ın məlumatına görə, stomatoloq Patrisiya Kabo ağız gigiyenasının yalnız dişləri fırçalamaqla məhdudlaşmadığını bildirib.
Mütəxəssis dişləri fırçalayan zaman dil gigiyenasına diqqət edilməməsini əsas səhvlərdən biri adlandırıb. Onun sözlərinə görə, ağız qoxusunun yaranmasının əsas səbəblərindən biri dildə toplanan bakteriyalardır.
Patrisiya Kabo qeyd edib ki, dil təmizlənmədikdə, digər ağız gigiyenası qaydalarına əməl olunsa belə, patogenlər onun səthində toplanmağa davam edə bilər.
Stomatoloq dili də dişlər kimi hər gün təmizləməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI













