Evdə ayaqyalın gəzmək faydalıdır? - Həkimdən cavab

 13:45 18.09.2026     114

Evdə ayaqyalın gəzmək ayaqlar üçün faydalı ola bilər.

Redaktor.az xəbər verir ki, podiatrist Manu Vidal evdə ayaqyalın gəzməyin ayaqlar üçün faydalarını açıqlayıb. Onun fikirləri “El Confidencial” tərəfindən yayımlanıb.

Mütəxəssisin sözlərinə görə, evdə ayaqyalın gəzmək hələ də müzakirə mövzusu olsa da, o, bu vərdişi faydalı hesab edir.

Vidal bildirib ki, ayaqyalın gəzmək ayağın təbii şəkildə işləməsinə imkan verir. Bu zaman əzələlər daha aktiv olur, hərəkətlilik yaxşılaşır və yeriş daha sabit hala gəlir.

Podiatristin sözlərinə görə, bu vərdiş ayaqların tonusunu artırmağa, iltihabı azaltmağa və tərləməni yaxşılaşdırmağa da kömək edə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən